ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Floridada yerələşən iqamətgahında keçirilən mərasimdə dünyanın ən zəngin adamı İlon Mask haqqında maraqlı açıqlamalar verib.
Tramp Maskın yüksək intellekrini və nailiyyətlərini tərifləyib, onun “həqiqətən də yaxşı oğlan” olduğunu bildirib.
“Burada çox yüksək IQ-ya malik bir adam var. Mən yüksək IQ-ya inanan adamam… O, buranı bəyənir. Mən onu buradan qova bilmərəm,” – Tramp zarafatla qeyd edib.
Qeyd edək ki, Maskın Trampın iqamətgahına tez-tez gəlməsi müzakirələrə səbəb olub.