“Adı “Buffalo show” idi, ancaq nə bufalo var idi…” – GİLEY

” “Sea breeze”dəki sirkə getməyi məsləhət görmürəm. Adı “Buffalo show” idi, ancaq nə bufalo var idi, nə də ayılar…” ”

Bu barədə “Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra yazır: “Uşaqları onıara baxmaq həvəsi ilə aparmışdıq. 120 man bilet (4 nəfər), üstəlik popkorn, şirin pambıq, digər şeylər ən ucuzu 5 manat, 200 manata qədər puı xərcləyirsən və sonda da səni aldadırlar, başqa şey göstərirlər.

Oturacaqlar narahat, içəri də soyuq idi. Təşkilatçılar nəzərə alsalar yaxşı olar. Xeyli insan fasilədə tərk edib getdilər…”(Dia.az)