“Donald Tramp administrasiyasında mənə vəzifə verərsə, ölkədə federal agentliklərin sayını azaltmağa çalışacağam”.
Bunu amerikalı milyarder İlon Mask Taker Karlsonun onlayn şousunda danışarkən deyib.
Mask bildirib ki, o, ABŞ-nin yeni seçilmiş Prezidentinə hökumətin daha səmərəli fəaliyyəti üçün kömək etmək istəyir: “Bizim nəhəng bürokratiyamız var. Amerikanı yenidən inşa etmək istəyənlərə şərait yaratmalıyıq”.
Qeyd edək ki, Mask prezident seçkiləri zamanı Trampı açıq şəkildə dəstəkləyərək sponsorluq edib və kampaniyası çərçivəsində dəfələrlə mitinqlərdə çıxış edib.