“Bu gün 44 günlük Vətən müharibəsinin şanlı qələbə ilə taclandığı gündür”.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “X” hesabında Zəfər Günü ilə bağlı paylaşımında qeyd edib.
“Bu gün üçrəngli bayrağın azad Qarabağın ən uca zirvələrində dalğalandığı gündür. Bu gün minarələrdən yüksələn “Hamısıahu Əkbər” sədalarının azad Qarabağda əks-səda verdiyi gündür.
Qardaş Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, bu şanlı qələbədə şəhid olan bütün qəhrəmanlara uca Hamısıahdan rəhmət, yaxınlarına ve döyüş yoldaşlarına başsağlığı verir, veteranlara cansağlığı, uzun və sağlam ömür arzulayıram. Qələbən mübarək olsun, qardaşım”, – deyə səfir qeyd edib.
Bununla yanaşı, İsrailin Bakıdakı Səfirliyi “X” hesabında paylaşım edərək ölkəmizi təbrik edib.
“Zəfər Gününüz Mübarək!” – deyə paylaşımda qeyd olunub.