Xaçmazın yolları BURMA-BURMADIR… – Görək, indi nə deyəcəklər…

Xaçmazdakı roblemlərdən yazanda, nədənsə yerli icra hakimiyyətinin, xüsusən də RİH başçısı Elnur Rzayev cənablarının heç də ürəyincə olmur. Əslində… normalda görüləni odur ki, məhz əlaqədar qurumlar problemlərin ifşasında maraqlı olmalı, görmədikləri məsələlərdən bu yolla xəbərdar olmalarından razı qalmalıdırlar.

Amma bizdə belə deyil… Ən azından Xaçmazda… Ona görə də “DİA-AZ” olaraq bir neçə gün əvvəl Xaçmazda yolların bərbadlığından yazanda köhnəı şəkillərdən birini istifadə etdiyimizə irad tutan RİH nümayəndələri məsələni yalanlamağa çalışdılar.

Bu dəfə isə videofaktı təqdim edirik. Görək, bu dəfə RİH nə deyəcək: problemi həll edəcək, yoxsa yalanlamağa çalışacaq… Bizləri də inandıracaq ki, gördüklərimiz ilğımdır…

“DİA-AZ” vide3onu təqdim edir: