“Polşanın artıq Ukraynaya vermək üçün silahı yoxdur” – Nazir

Varşavada artıq Kiyevə verilə biləcək silah və hərbi texnika yoxdur.

Bunu Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış jurnalistlərə bildirib.

“Biz çoxlu avadanlığı köçürdük – mənim üçün silahların ötürülməsi prosesində limit həmişə Polşa dövlətinin təhlükəsizliyidir. Təyyarə və ya digər avadanlıqların göndərilməsi əsassızdır”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Polşa hakimiyyəti artıq mümkün olan hər şeyi Ukraynaya göndərib.