“İST Petrol” yanacaq doldurma məntəqələrinin (YDM) bir müddət əvvəl yanacaq əvəzinə maşınların çənlərinə su vurmasını yəqin ki, xatırlayırsınız… “DİA-AZ” bildirir ki, yenə də sözügedən YDM şəbəkəsi diqqət mərkəzindədir. Amma bu dəfə çənlərə su vurmurlar, yanacağın həcmini azaldırlar… Bu barədə vətəndaş gileyində deyilir…
Nadir Süleyman adlı sosial şəbəkə istifadəçisi yazır:
” “IST Petrol”da yanacaq vurmuşam. “ABB kart”lara 7 faiz “cashback” verir bu ay.
Potensial yürüş 90 km cəmi 40 km artdı və 130 km oldu.
Halbuki ki ən azı 160 olmalı idi.
Burdan belə qənaətə gəlmək olar ki, “IST Petrol” həmin “cashback”in əvəzini müştərilərdən çıxır və az yanacaq vurur.
Monitorda düz göstərirdi, amma benzin az vuruldu.
Axırıncı dəfə olar burda benzin vurmağım…”