Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi ,Gənc Vətənpərvərlər “İctimai Birliyi (GVİB) təşkilatcılığı ilə
“Gənclər arasında ekoloji maarifləndirmə və tərbiyə işinin kompleks təşkili “adlı layihə çərçivəsində , növbəti təşəbbüs Gənc Vətənpərvərlər “İctimai Birliyin mərkəzi offisində “gerçəkləşib.
Bu gün Gənc Vətənpərvərlər İctimai Birliyi,Gənclər Fondun dəstəyi ilə “Ekologiya elminin öyrənilməsi, ekologiyanın qorunması ” mövzusunda tədbir təşkil edib.
Tədbirdə , Birliyin İdarə heyəti, könülülər,yerli qurumlarından ,akademik dairələrdən, dövlət qurumlarından, olan nümayəndələr iştirak ediblər.
Tədbirin əsas məqsədi iqlim dəyişikliyi və məcburi yerdəyişmələr arasında əlaqəni işıqlandırmaq və qlobal iqlim böhranının iqlim dəyişikliyi səbəbindən yaşadığı ölkəni tərk etmək məcburiyyətində qalan insanlara və vətəndaşlığı olmayan şəxslərə hansı şəkildə qeyri-proporsional təsir göstərdiyini müzakirə etmək olub. İştirakçılar, COP29 konfransına hazırlıq getdiyi bir zamanda iqlim dəyişikliyi nəticəsində baş verən məcburi yerdəyişmələrlə əlaqədar çətinliklər və həll yolları barədə müzakirələr aparıblar.
Açılış nitqləri ilə Gənc Vətənpərvərlər İctimai Birliyin Sədri,ictimai xadim Müqamət Süleyman oğlu Əliyev ,İdarə heyətin üzvü G.İskəndərova, N.Quliyev,Ş.Hüseyinov və digərləri Əliyev çıxış ediblər.
GVİB-n KİV iş şöbəsi