İki il ərzində ancaq ÖZÜNƏ İŞLƏDİ… – Rüstəmovun HESABATI…

“26.10.2024 il tarixində Rövşən Rüstəmovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsinə təyin edilməsindən iki il keçmiş oldu. Bununla əlaqədar olaraq “Azərbaycan Dəmir Yolları” QSC və onun fəaliyyəti haqda danışmaq yerinə düşər”. Bu barədə “DİA-AZ”a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: “Bu dövlət müəssəsində rəhbər dəyişikliyini zəruri edən əsas səbəblərdən biri idarəetmənin düzgün təşkil edilməməsi, qurumun dövlət büdcəsi üçün ağır yükə çevrilməsi olmuşdu. Lakin Rüstəmovun gəlişi ilə yaxşılığa doğru dönüş olmadı, əksinə külli miqdarda vəsait ayrılmasına baxmayaraq, ADY nəinki beynəlxalq standartlara cavab vermir, hətta zərərlə işləyən dövlət müəssisəsinə çevrilib.
Buna gətirən başlıca səbəb kimi qeyri-peşəkar idarəetmə, səhv kadr və maliyyə siyasəti, öz şəxsi mənafelərinə xidmət etməni göstərmək olar. Rövşən Rüstəmov dəmir yolu sahəsinə yaddır, vəzifəyə gətirdiyi kadrlar da həmçinin bu sahədə qeyri-peşəkardırlar. ADY daxilində yürüdülən kadr siyasətində yaxınlıq, dostluq əlaqələri əsas götürülür. Rüstəmovun gəlişi ilə qurumda kütləvi ixtisarlara start verildi. İllərlə bu sahədə çalışmış, dərin təcrübəsi olan, ixtisaslı kadrların bir çoxu vəzifəsindən kənarlaşdırılaraq onların yerinə dəmiryolu sahəsindən anlayışı olmayan, təcrübəsiz kadrlar gətirilir. Bu səbədən qurumda xeyli miqdarda vakant iş yeri olmasına baxmayaraq, qurumun saytında az bir sayda vakansiyalar yerləşdirilir.
Tenderlər yaxın şirkətlərə verilir. Bir neçə ay öncə “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-yə antiinhisar qanunvericiliyinin tələblərini pozduğu üçün maliyyə sanksiyasıda tətbiq edilib. İki ildən çoxdur ki, dəmir yollarında əsaslı təmir, yenidənqurma işləri aparılır. Bu sahəyə dövlət büdcəsindən ayırmalarla yanaşı, xaricdən böyük məbləğlərdə borc da cəlb edilir. Lakin bu sahəyə yatırılan iri həcmli kapital qoyuluşları və investisiyalar öz bəhrəsini vermir. Azərbaycanda nəqliyyat sektorunun əsas sahələrindən biri olan Azərbaycan dəmir yolları inkişaf etmir. Nə keyfiyyətdə, nə surətdə, nə sərnişindaşımalarında irəliləyiş yoxdur. İstismar müddəti bitmiş infrastruktur obyektləri, qurğu və avadanlıqları dəyişilməli olduqları halda köhnələrinin üzərində kosmetik
prosedurlar aparılaraq yeniləri kimi təqdim olunur. Ayrılan vəsaitlərin hansı məqsədlərə istifadə edilməsi məlum deyil, qurumun fəaliyyətində şəffaflıq yoxdur. Azərbaycan Dəmir Yollarının əhaliyə göstərdiyi xidmət səviyyəsi çox aşağıdır. Vətəndaşlar artıq dəmir yollarından imtina etməyə başlayıb.
ADB Sumqayıt-Yalama dəmir yolunun bərpasına əlavə 130 milyon ABŞ dollarından çox vəsait ayırıb. Bir neçə ay öncə qatar qəzasının baş verdyi sahə elə həmin bu sahədir. ADY rəhbərliyi sahə rəhbərliyini və məsul şəxsləri cəzalandırmaq əvəzinə sahəyə əlavə kreditlər cəlb edilir. Bu da “Azərbaycan Dəmir Yolları” QSC- nin işini düzgün qura bilməməsindən irəli gəlir. Bir sözlə, Rövşən Rüstəmovun rəhbərliyi altında “Azərbaycan Dəmir Yolları” QSC dövlətə zərərdən başqa bir şey vermir…”

DAVAMI MÜTLƏQ OLACAQ…

DİA-AZ