Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 01.09.2024-ci il tarixdən icrasına başlanan “Gənclər arasında ekoloji maarifləndirmə və bu istiqamətdə yeni addımların atılması” layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər keçirilib.Tədbir oktyabr ayının 21-indən oktyabr ayının 25-inə qədər Qazax və Ağstafa rayonlarında Gənclər arasında ekoloji maarifləndirmə ilə bağlı diskusiya xarakterli təlimlər həyata keçirilmişdir.Keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri,rayonda fəaliyyət göstərən ali və orta ümumitəhsil məktəblərinin yuxarı sinif şagirdləri və həmçinin rayonda aktiv fəaliyyət göstərən gənclər iştirak etdilər.İlk öncə tədbir iştirakçılarını salamlayaraq və onlara bu şəraiti yaratdığına görə rayon icra hakimiyyətinin başçılarına və rayon rəsmilərinə təşəkkürünü bildirən layihə rəhbəri Hafiz Əzəmmədov layihənin məqsədi haqqında məlumat verdi.Çıxışı zamanı bildirdiki,ekologiyanın qorunması, yeni yaşıllıqların salınması, təbiətin mühafizəsi hər bir vətəndaşın qarşısında qoyulan ən vacib və gərəkli addımlardan biri olmalıdır.Bu istiqamətdə görülən hər hansı bir yeni layihələr nəyinki təbiətin zənginləşməsi gələcək nəsillərin sağlam böyüməsinə və inkişaf etməsinə öz təsirini göstərəcək.
Daha sonra geniş məlumat vermək üçün söz təlimçi-ekspert Fərid Zülfüqara verildi.Təlimçidə öz növbəsində tədbir iştirakçılarına maarifləndirici tövsiyyələrini verdi , tədbir diskusiya şəklində keçdi.
Tədbir iştirakçılarına layihə çərçivəsində üzərində donorun və ictimai birliyin loqosu,layihənin adı qeyd olunan qısaqol köynəklər paylandı.