Fələstinin HƏMAS hərəkatının yüksək vəzifəli nümayəndəsi müharibənin dayandırılması və girovların azad edilməsi üçün İsraillə razılaşmaya açıq olduğunu bildirib.
Bu barədə “The Times of Israel” qəzeti yazır.
Hərəkat rəsmisi bunu Dohada danışıqların bərpası fonunda qruplaşmanın Qəzza məsələsində bəyan edib.
HƏMAS-ın Qətərdəki Siyasi Bürosunun üzvü Hussam Badran razılığın əldə olunmasının mümkün olduğunu təsdiqləyib.
“Tələblərimiz aydındır. Əgər İsrailin baş naziri Benyamin Netanyahu əvvəllər razılaşdırılan məsələləri yerinə yetirməyi öhdəsinə götürərsə, razılıq əldə oluna bilər”, – o qeyd edib.