Gürcü Arzusu partiyası qalib gəldi – YENİLƏNİB

 Hakim “Gürcüstan Arzusu – Demokratik Gürcüstan” partiyası 99,26 % (3 111-dən 3 088) məntəqənin səsvermə bülletenlərinin hesablanması nəticəsində 54,23 % səslə parlament seçkilərində qalib gəlir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc edilmiş ilkin məlumatlara xəbər verir ki, “Gürcüstan Arzusu” 54,234 %, “Dəyişiklik üçün Koalisiya” 10,822 %, “Birlik – Milli Hərəkat” partiyası 10,105 %, “Güclü Gürcüstan” 8,758 %, “Gürcüstan üçün Qaxariya” partiyası 7,753 % səs toplayıb.

MSK-nın məlumatına görə, digər partiyalar 5 %-lik baryeri keçə bilməyib.

Gürcüstanda parlament seçkilərində 18 seçki subyekti iştirak edib. Seçkilər ilk dəfə olaraq yalnız proporsional sistem (partiya siyahıları) üzrə və elektron texnologiyalardan – verifikasiya və səslərin hesablanması aparatlarından geniş istifadə edilməklə keçirilib.

XXX

26 oktyabr, 23:37

Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvili respublikada keçirilən parlament seçkilərini etibarlı elan edib.

“Unikal” xəbər verir ki, bu barədə komissiyanın saytında məlumat verilib.

Səslərin 71%-ni emal etdikdən sonra hakim “Gürcü Arzusu” Partiyası 52,99%,”Dəyişiklik Koalisiyası” 11,2%, “Birlik – Milli Hərəkat” 9,8%, “Güclü Gürcüstan” 9,02% səs toplayıb.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb.