QUBADLIM MƏNİM DOĞMA YURDUM! ONDERTV.ORG

​​​​Qubadlı rayonu! Mənim doğma yurdum, gözəl məkanım, tarixi dədə-baba torpağım, azadlığa govuşan qalib elim obam artığ iki ildir ki azaddır, və bizimlədir. 

30 il idiki yalnız xatirələrimdə doğma el obama səyahət edirdim.  Hamısıaha şükürlər olsun. Bizə bu xoşbəxtliyi bəxş edən  Cənab Ali Baş Komandanımız və Müzəffər Azərbaycan Ordusuna bir ömür minnətdarıq. Bu cənnət məkanı bizlərə bəxş etdikləri üçün. Bu ilahi gözəlliklərlə dolu Qubadlımla  hər zaman fəxr edir və belə vəsf edirik, belə tanımışıq. Qarabağın göz bəbəyi olan diğər rayonlarımız kimi Qubadlının da taleyinə 30 illik məşəqqətlərlə, əzablarla dolu əsirlik həyatı yazılmışdır.
Qubadlı toponimi Qubadlı tirəsinin adı ilə bağlıdır. 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdı. Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi rus generalı P.S.Kotlyarevski göstərdiyi xidmətin müqabilində Hacı Ağalar bəy adlı birisinə vermişdir.
İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə , 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır. Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 404 km-dir.
Bax bu sadaladığım gözəllik dolu diyar  30 il əsarət yaşadı. Lakin haqq ədalət axırki öz yerini tutdu. Müzəffər Ordumuz  44 günlük haqlı Vətən savaşı  ərəfəsində 25 oktyabr 2020-ci il ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən mənim doğma elim Qubadlı  işğaldan azad edildi. Cənab Prezidentimizin yüksək səyi nəticəsində tezliklə Qubadlıda böyükmiqyaslı ıayihələrin icrası baş tutacag və əbədi, əzəli torpağlarımız  əvvəlkindən də gözəl bir vəziyyətə gələcəkdir. Biz hər zaman bununla fəxarət duyuruq.
Azadlığın mübarək Qubadlım!  Yaşa və daima çiçəklən!

Kamran Orucov
Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalının təsisçisi və baş redaktoru.