Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi ,Gənc Vətənpərvərlər “İctimai Birliyi (GVİB)
“Gənclər arasında ekoloji maarifləndirmə və tərbiyə işinin kompleks təşkili “ adlı layihə çərçivəsində növbəti təşəbbüs Azərbaycan Turizm və Menecment Universitetində gerçəkləşib.
24 oktyabr -da keçirilən tədbir Gənclər Fondun maliyyə yardımı ilə baş tutub.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İctimai Birliyin bu tədbiri gənclər arasında və əhalinin, ictimaiyyətin ekoloji mədəniyyətinin müasir tələblər səviyyəsində formalaşması ölkədə ekoloji cəmiyyətin bərqərar olmasını,ekoloji sivilizasiya mahiyyət etibarı ilə ətraf mühitə, onun əsas amillərinə (hava, torpaq, su, flora, fauna və s.) neqativ və antropogen amillərin qarşısının alınması, təbii resurslardan düzgün və məqsədyönlü istifadə olunması, qorunub saxlanmasına yönəlmişdi.
Tədbiri giriş sözü ilə acqan Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Gənclər Təşkilatının sədri , təşkilatçı
İsa Həşimov tədbir iştirakcıları salamladı və qeyd etdi ki, Ekologiya elminin öyrənilməsi, təbliğ edilməsi, inkişafı, onun əsas müddəalarının yerinə yetirilməsi gənclərdən asılıdir.
Bu yönümlü layihələrin mütamadi həyata keşirilməsinə ehtiyac duyulur
Layihənin rəhbəri ,İctimai xadim Müqamət Əliyev tədbir iştirakcılarını salamlayandan sonra layihənin mahiyyətindən və bu layihədən çox saylı gənclərin faydalanmasından söhbət acıb.
M.Əliyev onu da qeyd edərək bildirdi ki, COP29-un gənclər üçün geniş imkanlar yaratdığını ,gənclər arasında beynəlxalq miqyasda birgə təşəbbüs və əməkdaşlığın vacibliyini vurğuladı.COP dünyada qlobal iqlim problemlərinə diqqətçəkən ən əsas və mühüm platforma olması, 1995-ci ildən başlayaraq bəşəriyyətin bir nömrəli problemi olan iqlim dəyişmələrinin qarşısını almaq üçün dünya liderləri məhz bu platformada birləşib, iqlim dəyişmələri ilə mübarizədə ən vacib qərarlar da məhz COP çərçivəsində qəbul edilməsi barədə məlumatlar verdi.
1992-ci ildə Rio de Janeyro şəhərində BMT-nin İqlim Dəyişimləri üzrə Konvensiyası qəbul olundu.Azərbaycan 1995-ci ildə bu konvensiyanı, 2000-ci ildə Konvensiyanın Kioto Protokolunu, 2017-ci ildə isə Paris Sazişini ratifikasiya etməklə qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz neft-qaz cəhətdən zəngin olsa da, “yaşıl enerji” sahəsində inkişafa xüsusi diqqət ayırır. Belə möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi regionda iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə və sülhün inkişafına böyük təsir edəcəkdir.
Belə möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi regionda iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə və sülhün inkişafına böyük təsir edəcəkdir.
ATMU –n THİU sədri .könüllü təlimçi Samir Abdulayev beynəlxalq aləmi ciddi düşündürən, narahat edən kəskin iqlim dəyişmələri, temperaturun qlobal səviyyədə artmasının doğurduğu ciddi fəsadlar mövzularında izah verdi.
Digər çıxış edənlər Universtetin tələbələri Rəhimova Aydan, ADİU tələbəsi Sara Əliyeva ,Quliyev Tahir ,Bəndəliyev Sənan , və başqaları gənclərin COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərinin təbliğ olunmasından , təhsil müəssisələrdə ekoloji mədəniyyətinin müasir tələblər səviyyəsində formalaşmasından və ekologiya elminin öyrənilməsi, ekologiyanın qorunması və s təbliğat işinin aparılmasından söhbət acdılar.
Sonda , COP-29 nədir ? əks etdirən videoçarx və fotoslaydar nümayiş olunuş suallar cavablandırılmışdr.
Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub.
Tədbirdə, Azərbaycan Turizm və Menecment Universitetin tələbələri, müvafiq struktur rəhbərləri ,layihə üzrə təşkilat komitəsinin üzvləri və QHT –n nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, layihə Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
GVİB-n mətubat və informasiya şöbəsi