“Ukraynada sülh Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında əldə edilməlidir”.
Bunu BMT-nin baş katibi Antonio Quterreş Kazanda “Outreach”/“BRICS plus” formatında keçirilən görüşdə deyib.
“Bizə Ukraynada sülh lazımdır. BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və Baş Assambleyanın qətnamələrinə uyğun ədalətli dünya lazımdır”, – deyə BMT-nin baş katibi izah edib.
O, aydınlaşdırıb ki, dünyada mövcud olan bütün münaqişələr BMT Nizamnaməsi əsasında, “bütün dövlətlərin qanunun aliliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyi prinsiplərinə” sadiq qalaraq həll edilməlidir.