“Trampı həbs etməliyik” – Bayden

 “Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp həbs edilməlidir”.

Bunu ölkənin hazırkı Prezidenti Co Bayden Demokratların Nyu-Hempşir ştatındakı qərargahında çıxışı zamanı deyib.

“Biz onu həbs etməliyik. Tramp siyasi cəhətdən “bağlanmalıdır”. Bilirəm ki, qəribə səslənir. Əgər mən bunu beş il əvvəl desəydim, məni içəri salardınız”, – Bayden bildirib.

O, həmçinin ABŞ demokratiyasının təhlükə altında olduğunu vurğulayıb. Eyni zamanda, siyasətçi orada olanları Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə nə baş verəcəyi barədə düşünməyə çağırıb.(Fox News)



Mənbə