“Milli Məclisin Aparatı öz resursları hesabına “Gündəlik” adlı mobil tətbiq hazırlayıb”.
Bunu parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
Spiker bildirib ki, bu tətbiqdən istifadə edilməsi Milli Məclisin plenar və komitə iclaslarının vaxtı, gündəlikləri, müzakirə ediləcək sənədlər ilə vaxtında, operativ tanış olmağa imkan yaradır:
“Artıq 65 deputat bu tətbiqdən istifadə edir. Sənədlər, qanun layihələri daxili nizamnaməyə uyğun olaraq 3 gün əvvəl deputatlara verilir. Hesab edirəm ki, bu mobil tətbiqdən hamının istifadə etməsi bizim işimizin səmərəsinin artmasına kömək edər”.