“İsrail Netanyahunun iqamətgahına hücuma cavab verəcək”

 İsrail ölkənin Baş naziri Benyamin Netanyahunun Kesariyadakı iqamətgahına edilən hücuma cavab verəcək.

Bu barədə “The Jerusalem Post”a diplomatik mənbə bildirib.

“Sui-qəsd cəhdinə cavab veriləcək”, – deyə mənbə qeyd edib. Onun sözlərinə görə, İran Netanyahuya qarşı sui-qəsd cəhdinə görə məsuliyyət daşıyır, çünki “Hizbullah” hərəkatını dəstəkləməkdə davam edir.

Qeyd edək ki, Baş nazirin iqamətgahına hücum şənbə günü, oktyabrın 19-u səhər saatlarında baş verib. Livandan buraxılan pilotsuz təyyarə binaya düşüb. Netanyahu və həyat yoldaşı partlayış zamanı orada olmayıblar.



Mənbə