Yaşıl dünya naminə həmrəylik – ekoloji proseslərdə gənclərin müsbət rolunun artırılmasına təşviqatdır.
COP29 və iqlim dəyişikliyi və ekoloji proseslərdə gənclərin müsbət rolunun artırılmasına təşviqatdır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsi, güclü diplomatiyanın göstəricisi və ölkəmizin etibarlı tərəfdaş nüfuzunun ifadəsidir.
COP29-un gənclər üçün geniş imkanlar yaradır ,gənclər arasında beynəlxalq miqyasda birgə təşəbbüs və əməkdaşlığını və dünyada qlobal iqlim problemlərinə diqqətçəkən ən əsas və mühüm platforma olması, 1995-ci ildən başlayaraq bəşəriyyətin bir nömrəli problemi olan iqlim dəyişmələrinin qarşısını almaq üçün dünya liderləri məhz bu platformada birləşib, iqlim dəyişmələri ilə mübarizədə ən vacib qərarlar da məhz COP çərçivəsində qəbul edilməsi barədə məlumatların verilməsidir. 1992-ci ildə Rio de Janeyro şəhərində BMT-nin İqlim Dəyişimləri üzrə Konvensiyası qəbul olundu.Azərbaycan 1995-ci ildə bu konvensiyanı, 2000-ci ildə Konvensiyanın Kioto Protokolunu, 2017-ci ildə isə Paris Sazişini ratifikasiya etməklə qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz neft-qaz cəhətdən zəngin olsa da, “yaşıl enerji” sahəsində inkişafa xüsusi diqqət ayırır.
Belə möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi regionda iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə və sülhün inkişafına böyük təsir edəcəkdir.
Bakı şəhəri və regionların sosial-iqtisadi inkişafı dövlətin əsas prioritetindən biridir. Uzun illərdir ki,
bu istiqamətdə dövlət proqramları qəbul edilir və hayata keçirilir.
Bildiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Sərəncamda vurğulanır ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. “Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır”- deyə sənəddə qeyd olunur.
Sərəncamda o da vurğulanır ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür: “İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Prezident İlham Əliyev daima regionların sosial-iqtisadi inkişafını diqqətdə saxlayır və regionlarımızın hər tərəfli inkişafına dair Dövlət Proqramları, sənədlər imzalayır. “Bildiyiniz kimi, bu il ölkəmizin ev sahibliyi ilə COP29 kimi nüfuzlu tədbir keçiriləcək. Bütün qurumlar bu tədbirə xüsusi olaraq hazırlaşırlar.
Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” élan edilməsi bütün bütün cəhətlərinə görə məntiqlidir. Bu sərəncamda əks olunan məsələlərdən biri Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri kimi “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi çox mühümdür. Ətraf mühitin qorunması, yaşıllıqların artırılması bir başa iqtisadiyyata, xüsusilə də birbaşa aqrar sektora müsbət təsir edən amildir. Yaşıllıqlar xüsusən də indi dünyada tədricən qlobal problemə çevrilən su böhranın müəyyən edilmısində çox mühüm rol oynayır. Yaşıllıqlar təbiətdə suyun balanslaşdırılması, qalıntıların torpaqdan buxarlanması, yenidən yağıntılar şəkilində ərazilərə düşməsini müəyyən edir. Bu da suvarma sistemlərində, torpağın nəmliyinin qorunmasında mühüm əhəmiyyət kəsb edir. Xüsusilə son dövrlər fikir versək görərik ki, keçən əsrin 90-cı illərində Azərbaycanda üzüm bağlarının kortəbii şəkildə məhv edilməsindən sonra yağıntıların miqdarı da azaldı, quraqlıq baş verdi. Onlar da böyük yaşıllıq sahələri idi”-deyə qeyd etdi ki, yaşıllıqların qırılması, üzüm və digər meyvə bağlarının məhv edilməsi regionların sosial-iqtisadi həyatına çox mənfi təsir göstərib.
Yaşılıq zonanın artırılması çox mühüm haldır və bu insanların həyatına müsbət təsir göstərəcək.
“Yaşıl dünya naminə həmrəylik ili”ndə regionlarda çox mühüm işlər görüləcək”
Bildiyiniz kimi bu il çərçivəsində Bakı şəhərində ,regionlarda yaşıllığın artırılması ilə bağlı Gənclər Fondunun ,QHT Dövlət Dəstəyi Agentliyin təşkilatcılığı ilə ağac əkmə kampaniyasında Gənc Vətənpərvərlər İctimai Birliyin künüllüləri çox fəal iştirak etmişlər. Hal- hazırda Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər təşkilatları üçün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Gənclər arasında ekoloji maarifləndirmə və tərbiyə işinin kompleks təşkili” adlı layihə uğurla ali təhsil müəssisələrdə ,Kolleclərdə davam etdirilir.Keçirilən tədbirlərdə çox saylı gənclər faydalanmış və öz bilik bacarıqlarını digərlərinə səy göstərməkdə davam etdirilər.Eyni zamanda əhali arasında , sosial şəbələlərdə gənclərin COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərinin təbliğ olunmasını,
– Gənclər arasında ekoloji mədəniyyəti, şüuru, psixologiya işinin gücləndirilməsi və COP nədir mövzularında və s təbliğat işləri uğurla davam etdirilir.
Onu da qeyd etmək istəyirəm ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji problemlərin həllinə də xüsusi diqqət yetiriləcək. “Yaşıl dünya naminə həmrəylik ili”ndə regionlarda çox mühüm işlər görüləcək. həmin şəhərlərdə tikinti ilə paralel şəkildə yaşıllıqlar da salınsa üç-beş ilədn sonra biz orada yeni park və xiyabanlar görə biləcəyik”.
Yaşıllıqların salınmasında Azərbaycanın öz yerli florasından olan nadir, nəsli kəsilməkdə olan bitkilərə, ağac və kol növlərinə, uzun ömürlü ağac, kol növlərinə diqqət edilsə daha effektli olar. “Eyni zamanda həmin regiona aid ağaclar əkilməlidir. Biz bilirik ki, Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarını əhatə edən botaniki-coğrafi rayonlarda çox saylı bitki növü var. Orada onların əkib becərilməsi daha yaxşı olar”. Hesab edirəm ki, bu həmin nadir növlərin genfondunun qorunmasına,gənclərimizin sağlam ruhda böyüməsi deməkdir.
Bütün bunlar Bakı şəhəri və ətraf rayonlarında sosial-iqtisadi inkişafı ilə sıx şəkildə bağlı amillərdir.
Onu da qeyd etmək istəyirəm ki,təmiz hava, təmiz ekologiya, zəngin yaşıllıq, bol su ehtiyatı torpağın məhsuldarlığına müsbət təsir göstərəcək, bu da vətəndaşlarımızın sosial rifahını təmin edəcək, iqtisadiyyatımıza faydalar verəcək. Respublikada fəaliyyət göstərən QHT-rı ,gənclər təşkilatları,İdman cəmiyyətləri Yaşıl dünya naminə həmrəylik – ekoloji proseslərdə gənclərin müsbət rolunun mütamadi artırılmasında , maarifləndirilməsində fəal olacaqlar
Gənc Vətənpərvərlər İcyimai Birliyin Sədri,ictimai xadim ,fəxri bədən tərbiyəsi və idman işçisi Müqamət Süleyman oğlu Əliyev(Muağan )