Avropa Təbii Elmlər Akademiyasının üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir incəsənət Akademiyasının fəxri üzvü, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Özbəkstan Bədii Akademiyasının fəxri üzvü və Qızıl medalı , Vatikan Zadəgan Heraldika Akademiyasının Qrafı, Avropa Senatının fəxri Senatoru ,Türkiyə Akademiyasının həqiqi üzvü , Professor Sakit Məmmədov MDB ölkələrinin “ Birliyin ulduzları” dövlətlərarası mükafatını Azərbaycana gətirdi . Qeyd edək ki, “Birliyin ulduzları” mükafatı MDB dövlətlərinin ən böyük dövlət mükafatıdır.
Dəyərli sənətkarımızı yeni nailiyyəti münasibətilə təbrik edib, can sağlığı, uğurlar arzulayırıq.
Müxbir: Aygün Oqtay