İsrail İrana hücumların ilk dalğası zamanı hərbi və siyasi rəhbərliyi məhv etməyi planlaşdırır.
Bu barədə “The Times” yazıb.
CNN xəbər verir ki, eyni zamanda ABŞ prezidenti Co Bayden “Air Force One” təyyarəsinin göyərtəsində fövqəladə iclas zamanı milli təhlükəsizlik komandası ilə Yaxın Şərqdəki son hadisələri müzakirə etməyə hazırlaşır.
Görüşdə ABŞ dövlət katibi Entoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sallivan iştirak edəcək.
Qeyd olunur ki, “Air Force One” təyyarəsinin göyərtəsində keçirilən görüş sıradan bir hadisə deyil və yalnız beynəlxalq vəziyyətin həddindən artıq gərginləşməsi zamanı baş verir.