Rusiya qüvvələri Donetsk vilayətinin Toretsk şəhərini xarabalığa çevirməkdə davam edir.
Bu barədə “Luqansk” qoşunlarının əməliyyat-taktiki qrupunun mətbuat katibi Anastasiya Bobovnikova bildirib.
O, şəhərdə vəziyyətin çox ağır olduğunu qeyd edib:
“Düşmən artilleriyadan, aviasiyadan istifadə edərək şəhəri dağıdır. Faktiki olaraq şəhərdə salamat bir ev qalmayıb və bəzi məhəllələr tamamilə dağılıb. Artıq sığınacaq tapmaq mümkün deyil”.
Bobovnikovanın sözlərinə görə, Rusiyanın hərbi qüvvələri Ukrayna qüvvələrini şəhərdən sıxışdırıb çıxarmağa çalışır.