Bundesver artıq Ukraynaya ağır hərbi texnika verməyi planlaşdırmır.
Bu barədə “Bild” nəşri mənbəyə istinadən məlumat yayıb.
Nəşr nazirliyin daxili sənədini nəzərdən keçirib və məlum olub ki, Bundesver Kiyevin tezliklə əks-hücum keçirə biləcəyinə inanmır:
“Odur ki, bütün əsas hərbi texnikanın Ukraynaya tədarükü başa çatıb”.
Qeyd edilib ki, Almaniya təxminən 300 tanka malik olsa da, artıq Ukraynaya “Leopard 2” göndərməyəcək.