“Teymuroğlu” MTK-nın Elşad Tağıyev adlı həmtəsisçisi və şəriki yoxdur – MƏHKƏMƏ QƏRARI

Bu ilin mart ayında Dia-az.Media olaraq “Şərikləri həbsdə olan “Teymuroğlu” MTK-nın sahibləri yenə də DİNC oturmur? – Məhkəməyə verildilər” başlıqlı məqalədə iddia olunanlar təkzib edilir.

Belə ki, məhkəmədən əldə etdiyimiz məlumatdan aydın olur ki, Əliyev Elnur Şirzad oğlunun “Teymuroğlu” MTK-ya qarşı olan iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən araşdırılmış və əsassız olduğu üçün 26.08.2024-cü il tarixli, 2(006)-2068/2024 saylıq qətnaməsi ilə rədd olunmuşdur.

Bundan başqa, araşdırma zamanı məlum olmuşdur ki, “Teymuroğlu” MTK-nın Elşad Tağıyev adlı həmtəsisçisi və şəriki yoxdur.