Nikaraqua İsraillə diplomatik əlaqələri kəsib.
Bu barədə Nikaraqua hökumətinin rəsmi bəyanatında bildirilib.
“İsrail hökumətinin Fələstin xalqına qarşı həyata keçirdiyi soyqırıma cavab olaraq İsraillə diplomatik əlaqələr kəsilib. Yaxın Şərqdə baş verən gərginlik ciddi narahatlığımıza səbəb olub. Bu gərginliyin miqyası Livana kimi uzanıb və Suriya, Yəmən, eyni zamanda İranı ciddi şəkildə təhdid edir”, – bəyanatda bildirilib.