ABŞ-nin Rumıniyadakı səfirliyi ölkədə olan Amerika vətəndaşlarını cümə günündən bazar gününədək dini müəssisələrin yaxınlığında mümkün təhlükələr barədə xəbərdar edib.
Bu barədə diplomatik missiyanın saytında məlumat verilib.
“ABŞ səfirliyi 11-13 oktyabr tarixlərində Rumıniyada sinaqoqlara, məbədlərə və ya məscidlərə qarşı potensial təhlükələr barədə məlumat alıb. Səfirlik ABŞ vətəndaşlarını bu dövrdə Rumıniyada dini müəssisələrin yaxınlığında çox ehtiyatlı olmağa çağırır”, – məlumatda qeyd olunur.
“Hazırda Rumıniya İnformasiya Xidmətinin (RİX, dövlət təhlükəsizliyinə cavabdehdir – red.) terror təhlükəsi səviyyəsinin artırılmasını tələb edəcək məlumatı və ya informasiyası yoxdur”, – RİX-in nümayəndəsi Ovidiu Marinça bildirib.