Gənc Vətənpərvərlər “İctimai Birliyi “Gənclər arasında ekoloji maarifləndirmə və tərbiyə işinin kompleks təşkili “istiqamətində tədbirləri davam etdirilir

Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər “İctimai Birliyi (GVİB)

“Gənclər arasında ekoloji maarifləndirmə və tərbiyə işinin kompleks təşkili “adlı layihə çərçivəsində , növbəti təşəbbüs Azərbaycan Dövlət Pedoqoji Universtetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində gerçəkləşib.
11 oktyabr -da keçirilən tədbir Gənclər Fondun maliyyə yardımı ilə baş tutub.
Məqsəd tələbələrin COP29 və iqlim dəyişikliyi mövzularında maarifləndirilməsi və ekoloji proseslərdə gənclərin müsbət rolunun artırılmasına təşviqatdır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsi, güclü diplomatiyanın göstəricisi və ölkəmizin etibarlı tərəfdaş nüfuzunun ifadəsidir.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə acqan Azərbaycan Dövlət Pedaqoji Kollecin Tərbiyə işləri üzrə direktor müavini Nigar Şirəliyeva tədbir iştirakcıları salamladı və qeyd etdi ki, müstəqil Azərbaycanın inkişafı ilk növbədə gənc nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır.
Layihənin rəhbəri ,İctimai xadim Müqamət Əliyev tədbir iştirakcılarını salamlayandan sonra layihənin mahiyyətindən və bu layihəyə qoşulan könülülərin fəailiyyətindən bacarığından söhbət acıb.
Sonra o,qeyd etdi ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb”. Azərbaycan dünyada yeni enerji resurslarının istifadəsi nöqteyi-nəzərdən lider ölkədir.
“COP29-un Azərbaycanda keçirilməsi təsadüfi hal deyil. Azərbaycanın ədalətin bərpası yönündə yürütdüyü siyasət, eləcə də beynəlxalq ictimaiyyətə verdiyi töhfə COP29-un ölkəmizdə keçirilməsinə imkan yaratdı. Azərbaycan bu gün dünyanın ən qüdrətli ölkələri ilə müqayisə olunacaq səviyyədə bir ölkədir. Dünya COVID-19 problemi ilə üzləşərkən Azərbaycan 30-dan çox ölkənin vaksinləşməsi istiqamətində fəaliyyət yürütdü.
Azərbaycan bəşəri dəyərlərə sadiq bir ölkədir”, – o, əlavə edib.
Sonda ,COP-29 bağlı videoçarx və fotoslaydar nümayiş olunuş suallar cavablandırılmışdr.
Qeyd edək ki, “İqlim Dəyişmələri və COP” mövzusundakı tədbirdə iştirak edərək, iqlim dəyişikliyi mövzusunda vacib mövzuları müzakirə etdilər. Tədbirin məqsədi, COP 29-a hazırlıq çərçivəsində gənclərin bilik və bacarıqlarını, iqlim dəyişikliyi ilə bağlı qlobal və yerli səviyyədə məlumatlılığı artırmaq idi
Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub
Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş üzərində Gənclər Fondunun və Gənc
Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş təsvirli köynək və sertifikatlar paylanılıb.
Tədbirdə,Azərbaycan Dövlət Pedaqoji Universitetin bir qrup tələbələri, Universitetin müvafiq struktur rəhbərləri , GVİB-n İdarə Heyəti və QHT –n nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, layihə Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
GVİB-n mətubat və informasiya şöbəsi