Məhşur müğəninin qardaşı qızına dləduzluq maddəsi ilə cinayət işi açıldı

Millitv yə müraciət edən hələ ki, adlarının çəkilməsini istəməyən bir neçə aldadılmış şəxslər bildirirlər ki, 2022-ci ildən başlayaraq sahibkarlıq faliyyəti ilə məşqul olan Hamısıahverdiyeva Leyla Dadaş qızı onlara şirin vədlər verərməklə onları aldadaraq xeyli miqdarda pullarını ələ keçirmişdir.

2023-cü ildən aldadıldıqlarını başa düşən şəxslər Leyla Hamısıahverdiyevaya verdikləri pulu geri tələb etdikdə, Hamısıahverdiyeva əvvəlcə müxtəlif bəhanələr gətirərək aldadılmış insanların pulunu qaytarmaqdan yayınmış. Sonradan ümumiyyətlə pulu qaytarmaq belə istəməmişdir.

Şikayətçilər Leyla Hamısıahverdiyevanın onların başlarına gətirdiyi işlə əlaqədar Hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra aparılan araşdırma nəticəsində Hamısıahverdiyevanın vətəndaşlara qarşı xeyli miqdarda ziyan vurması müəyyən edilmiş və Hamısıahverdiyeva Leyla Dadaş qızına qarşı Yasamal rayon polis idarəsində vətəndaşlara qarşı xeyli miqdarda ziyan vurma 178.2.4 (dələduzluq) maddəsi ilə cinayət açılmışdır.

Qeyd edək ki, Leyla Hamısıahverdiyeva Azərbaycan Respublikasının əməkdar artisti, məhşur müğənni Rühəngiz Hamısıahverdiyevanın qardaşı qəzıdır.

MİLLİTV.AZ