Türkiyənin Afyonkarahisar şəhərindəki Qurtuluş küçəsinə Qarabağ qazisi və Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin adı verilib.
“Diaspornews.az” xəbər verir ki, bu barədə şəhərin Çayırbağ bələdiyyə məclisi qərar qəbul edib.
Küçənin açılış mərasimi oktyabrın 17-də yerli vaxtla saat 15:00-da keçiriləcək. Mərasimə Türkiyə rəsmiləri qatılacaqlar.
Qeyd edək ki, tədbirdə iştirak üçün İbad Hüseynli, eləcə də Azərbaycandan QHT və KİV nümayəndələri də qardaş ölkəyə dəvət edilib.
Xatırladaq ki, bundan əvvəl Türkiyədə İbad Hüseynlinin adın 2 küçə və 2 parkın açılışı olub.