Qazaxıstanın Kostanay vilayətinin Rudnıy şəhərində 4 işçi ölüb.
Bu barədə vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Onların dərinliyi 5 metr olan bunkerdə təmizləmə işləri apardıqları bildirilib.
“Fövqəladə Hallar Departamenti, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Xilasedicilər işçilərin meyitlərini bunkerdən çıxarıblar”, – məlumatda qeyd olunub.
Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir. İşçilərin ölüm səbəbləri hələlik məlum deyil.
Vilayət prokurorluğu polisin ibtidai araşdırmaya başladığını bildirib.