Oğuzda Meşə Mühafizə mühəndisi ağac kəsintisinə görə cərimə pulun niyə ödəmir

Ötən ilin iyulun 2-də saytımızda yayımlanan “Əliyev qardaşları Oğuz meşələrində talançılıq işlərini hələ də davam etdirir”  başlıqlı yazıda  Oğuz meşəbəyliyinin 03 saylı dolayına nəzarət edən meşəbəyi Əliyev Ramiz Bəbir oğlu 04 saylı meşə dolayı ilə həmsərhəd ərazidə 9 ədəd, diametri 44-56 sm olan içlik fıstıq ağaclarını gecə vaxtı qanunsuz olaraq kəsdirərək satmasından bəhs olunurdu. Qanunsuz kəsintini də Oğuz Meşə Mühafizə mühəndisi Məmmədov Valeh Yaqub oğlu tərəfindən aşkarlanaraq sənədləşdirlmişdir. Həmin gündən, yəni, 26 iyundan etibarən meşəbəyi Ramiz Əliyevin qardaşı Eyvaz Əliyev mühəndis Valeh Məmmədova telefon açaraq onu nalayıq söyüşlərlə təhqir etmişdir. Valeh Məmmədov faktı təsdiq edərək bildirmişdir ki, meşəbəyi Ramizin qardaşı Eyvaz hətta gecə saat 1-30-da belə ona zəng edib küçə söyüşləri yağdırır.
Onu da xatırladaq ki, sonuncu dəfə 9 ədəd sağlam işlik material olan fıstıq ağaclarını kəsib satan Ramiz Əliyev bu vəzifəyə təyin olunduqdan sonra Oğuz şəhərinin kənarında, daha dəqiq desək Qlükoza zavodunun yanında böyük bir iribuynuzlu mal ferması yartmışdır. Fermada 60 baş sağılan inək, 35 baş öküz , və 60 başa yaxın südəmər danası vardır. Meşəbəyi Ramiz qanun icazə vermədiyi halda 100-dən çox şəxsi mal qarasını qulluq mövqeyindən süi-istifadə edərək özünün mühafizə etdiyi meşə dolayında otarır və nəticədə minlərlə yeniyetmə ağaclar məhv olur.
Yazıda o da xüsusi qeyd edilmişdir ki,  Ramiz Əliyevin digər qardaşı Əhliman Əliyev də hazırda ETSN-nin 6 saylı Dövlət Ekoloji Təhlükəsizlik İdarəsində vəzifədə işləyir. Faktiki orta məktəb savadı olmadığına görə xidməti işi üzrə düzgün sənədləşmə işlərini apara bilmir. Hazırda yaşadığı mənzili qardaşı Ramizin mühafizə etdiyi və qanusuz 9 ağac kəsdiyi yerə çox yaxın olsa da, nədənsə ağaclar kəsilən zaman evində olmasına baxmayaraq 200 metrlikdə doğranan ağacların kəsintisinin qarşısını vəzifə borcu olaraq almamışdır.”

BƏS ƏLİYEV QARDAŞLARININ QANUNSUZLUQLARINI SƏNƏDLƏŞDİRƏN MƏMMƏDOV VALEH  NECƏ ƏMƏLİ-SALEH ADAMDIR?

Bəli ötən yazımızda Əliyev qardaşlarının qanunsuz əməlləri barədə məlumat verən Oğuz Meşə Mühafizə mühəndisi Məmmədov Valeh Yaqub oğlunun özü barədə bu dəfə Xaçmaz kəndindən olan mənbəmiz maraqlı məlumatlar təqdim etmişdir. Mənbə onu da bildirmişdir ki, siz tanımadığınız adamın verdiyi xəbərləri işıqlandıranda bir özü barədə də azacıq araşdırma aparıb ictimaiyyətə açıqlama versəniz pis olmazdı. Əgər siz Valehlə bağlı məlumatınız yoxdursa onda biz təqdim edə bilərik:
Sonuncu iş yeri Oğuz Meşə Mühafizə mühəndisi olmuş Məmmədov Valeh özü Xaçmaz kəndində anadan olmuşdur. Qardaşlarının hesabına özünü meşə strukturuna sala bilmişdir. Əvvəlcə Oğuz rayonunda 2012-2020-ci ilədək  meşə gözətçisi, sonra 2020-2023-cü ilədək Oğuz meşəbəyliyində sahə rəisi və hazırda da mühafizə mühəndisi olaraq yüksək vəzifələrdə işləmişdir. Ona əsasən ETSN-nin Ekoloji Təhlükəsizlik İdarələrinin müdiri olmuş qardaşı  “krışalıq” etmişdir. Maraqlı burasıdır ki, bu adam latın əlifbasında düz əməlli yazıb oxuya bilmir. Yəni, adam öz tərcümeyi-halını yaza bilmir. Bunu rayonda çoxları bilir. Riyazı hesablamalardan isə ümumiyyətlə anlayışı yoxdur. ( Vurma cədvəlini bilirsə bu böyük uğurdur) Doğma Xaçmaz kəndindən Valehdən dost tanışları soruşanda ki, ay Valeh sən hansı institutu oxumusan, tələbə yoldaşın kim olub, sənə dərs deyən müəllim-professorlardan kimləri tanıyırsan? Maddım-maddım camaatın üzünə baxır, cavab verə bilmir. Amma lovğalanır ki, mənim hüquq üzrə ali təhsilim var.
Məmmədov Oğuz meşəbəyliyi üzrə sahə rəisi işlədiyi dövrdə istər, daxili kəndlərdə, istərsə də magistral yola yaxın olan kənd ərazilərindən ( Sincan, Xaçmaz, Mollalı) əsasəbn axşamlar avtomobillə keçmək mümkün deyildi. Hər yeri qatı tüstü bürüyərdi. Niyə ? Çünki, yerli əhali, yaxınlıqdakı meşələrdən ağacları qırıb kömür quyularında kustar üsulla kömür istehsal edərdilər. Hər kömür quyusuna görə aylıq haqq isə 30 manat idi. 2015-ci ildə ( Subayev Nizami Oğuz rayonunda meşə müdiri işləyən zaman) Valeh Məmmədov meşə gözətçisi kimi işlədiyi meşədəki ən yararlı ağacları kəsdirib satdırmışdır. Həmin vaxt yerli sakinlərin çoxsaylı şikayətlərindən sonra Koxnayev Paşa, Qafarov Elşad, Subayev Nizami və digərləri meşə ərazisinə baxış keçirmiş və çoxsaylı qanunsuz kəsintiləri aşkar etsələr də Valeh Məmmədovun qoruduğu meşə dolayı üzrə yalnız iri diametrli qovaq ağacları barədə 43700 manat cərimə aktı tərtib edərək tədbir görülməsi üçün Oğuz Rayon Polis Şöbəsinə göndərmişlər. Lakin sonra Valehin arxalandığı adamların təsirləri nəticəsində həmin sənəd Oğuz RPŞ-dən müəmmalı şəkildə “YOXA” çıxmışdır.
Sonuncu iş yerində də V.Məmmədov öz doğma kəndi olan Xaçmaz kənd Bələdiyyə ərazisində olan yaşı 200-dən çox olan ağacları kəsdirib satdığına görə 2024-cü ildə yenidən 21 300 manat cərimə olunmuşdur. Və törətdiyi bu cinayətə görə onu tutduğu Oğuz Meşə Mühafizə mühəndisi vəzifəsindən müvəqqəti olaraq azad etmişlər.

Valeh Məmmədov haqqında məlumatları təqdim edən mənbə sonda bizdən soruşur ki, meşə gözətçisi Əliyev Ramizin cəmi 9 ədəd ağac kəsdiyinə görə dərhal sənədləşdirən Yaqubun oğlu Valeh niyə illər uzunu özünün meşələrdə qırıb satdığı minlərlə ağaclar barəsində sizlərə məlumat vermir, və yaxud, aşkara çıxan və aktlaşdırlan cərimələri də ödəməmək üçün sənədləri itirdir və cərimə ödəməkdən boyun qaçılrır. Budur sizin əməli-saleh adamınız?

Aktualinfo.org

P.S.  Doğrudur, Valeh Məmmədovun verdiyi məlumatlar əsasında Əliyev qardaşlarının Oğuzda  9 kəsilən ağacların sənədləşməsi  barədə əvvəl məlumat versək də indi redaksiyamıza çox məslələr məlum olur. İnanırıq ki, yerli hüquq –mühafizə orqanları cənab V.Məmmədovun 2015-ci ildə qanunsuz ağac kəsintilərinə görə tərtib edilmiş 43 700 manatlıq cərimə aktının tapılaraq ödəniş etdirilməsinə, və cari ildə barəsində yenə qanunsuz ağac kəsintisinə görə tərtib edilmiş 21 300 manat cərimə pulun dövlət nəfinə ödənilməsi barədə yerli hüquq-mühafizə orqanları lazımi tədbirlərini görərklər. Ümidvarıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərliyi Valeh Məmmədovun hansısa yollarla əldə etdiyi hüquq ixtisaslı diplomun nə dərəcədə qanuni olub olmamasını araşdıraraq redaksiyamıza bu barədə məlumat verəcəklər.