Əliyev Ermənistan hakimiyyətinin qarşısına tələblərini bir-bir qoyur, hakimiyyət də bunu icra edir.
Bunu erməni türkoloq Varujan Geqamyan deyib.
Onun sözlərinə görə, Azərbaycanın tələblərdindən biri Ermənistanın demilitarizasiyasıdır (döyüş əməliyyatlarının aparılmasının qadağan edilməsi).
“Bu tələbin icrası ilə Ermənistan ordusunda xidmət etmiş istənilən şəxs Azərbaycan tərəfindən cinayət məsuliyyətinə cəlb edilə bilər. Ermənistan hakimiyyəti bu hüquqi Azərbaycana verir. Ermənistan ordusunda xidmət etmiş şəxslər istənilən üçüncü ölkədə Azərbaycanın tələbi ilə Bakıya təhvil verilə bilər. Qarabağda döyüşmüş şəxslər Azərbaycan tərəfindən həbs olunacaqlar”, – o iddia edib.
Erməni ekspert hesab edir ki, Ermənistan-Azərbaycan danışıqlarının aparıldığı sənəddə Xocalı soyqırımının rəsmi İrəvan tərəfindən tanınması və günahkarların cəzalandırılması da öz əksini tapır.(Publika)