Tacikistan Rusiya Federasiyasına qarşı narazılıq bəyanatı verib.
TASS xəbər verir ki, Düşənbədə hökumətlərarası komissiyanın iclasında Tacikistanın Baş naziri Koxir Rəsulzoda Rusiyada miqrasiya hadisələri zamanı tacik vətəndaşlarının hüquqlarının kütləvi şəkildə pozulmasından narahatlığını bildirib.
O qeyd edib ki, əksər hallarda təhlükəsizlik bəhanəsi ilə yolverilməzlik, ölkəyə giriş qadağası və deportasiya halları artır.
Rəsulzoda həmçinin vurğulayıb ki, Tacikistan vətəndaşları, o cümlədən rəsmi nümayəndə heyətlərinin üzvləri, tələbələr, qocalar və uşaqlar sərhəddə uzun müddət saxlanılır.
Rusiya tərəfdən komissiyanın həmsədri, Rusiya Federasiyası Baş nazirinin müavini Marat Xusnullin Rusiya hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlərin məqsədlərinə diqqət çəkib: “Aydın başa düşülməlidir ki, bundan sonra ölkəmizə qanunsuz miqrasiya olmayacaq. Yəni biz işləri qaydasına salacağıq, əmək resursları üzərində işləyəcəyik, əmək resurslarına ehtiyacımız var, amma bu, mütləq qanuni şəkildə həyata keçiriləcək”.