Şimali Koreya təhlükəsizliyi və suverenliyinə təhlükə yaranarsa, nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib.
Bunu Şimali Koreya lideri Kim Çen In deyib.
Aydın olur ki, o, Cənubi Koreya prezidenti Yoon Seok-Yeolun “Şimali Koreya rejiminə” son qoymağa hazır olduğunu bildirən bəyanatını şərh edib.
“Əgər Cənubi Koreya KXDR-in suverenliyinə qəsd edərək silahlı qüvvələrdən istifadə etməyə çalışarsa, biz nüvə silahı da daxil olmaqla hücum qüvvələrindən istifadə edəcəyik”, – Kim Çen In bildirib.