Daxili İşlər Nazirliyi demək olar ki, vətəndaşları yetərincə uyarmasına, kibercinayətkarların fitnəsinə uymamaları üçün insanlarımızı maarifləndirmə yönündə bunca qabaqlayıcı tədbirlər görməsinə rəğmən yenə də aldananlarımız və nəticədə pullarını itirənlərimiz var.
Dia-az.Media xəbər verir ki, bu dəfə giley edən vətəndaş da daha böyük qazanc işatahası ilə əlindəki pulunu itirməsindən giley edir.
“Hüquqşünaslar” qrupunda paylaşım edən Ayşan adlı sosial şəbəkə istifadəçisi vəkil dəstəyi istəyərək müraciət edib. O bildirir: ” “Azebirja” haqqda hara şikayət edə bilərəm?
Ölkə xaricində yaşayıram.
1 aydan çoxdur pulumu qaytarmırlar.
Külli miqdarda yatırım etmişdim…”
Qeyd edək ki, Dia-az.Media olaraq “AzeBirja” ilə bağlı bu vaxta qədər bir neçə gileylə rastlaşmışıq. Özünün reklam müraciətində müştərilərə gəl-gəl deyən “AzeBirja” maləsəf ki, bu gün rahatlıqla insanlarımızı aldada bilir.
Onların reklam mətni belədir: “Yatırım etmək üçün varlı olmaq şərt deyil. Amma varlı olmaq üçün yatırım etmək şərtdir. Gələcəyinizi zəmanət altına almaq istəyirsinizsə, yatırım dünyasını kəşf edə, bununla bağlı kitablarla tanış ola bilərsiniz. “Yatırım 101″ kitabı bu mövzuda sizə kömək olacaq. Bu kitabdan öyrəndiyiniz məlumatlarla maliyyə hədəfləriniz üçün özünüzə uyğun strategiyalar qura bilərsiniz…”
Yəni göründüyü kimi, adamlar dələduzluğun KİTABINI belə yazıblar…