Respublikaçı namizəd Donald Trampın seçki qərargahı hesab edir ki, çərşənbə axşamı keçirilən vitse-prezidentlik debatında respublikaçı Ceyms Devid Vens qalib gəlib.
Qərargah bununla bağlı bəyanat yayıb.
“Senator Vens bugünkü debatlarda aşkar şəkildə qalib gəldi. Bu, indiyə qədər ən yaxşı vitse-prezident debat performansı idi. Vens Trampın ABŞ tarixində ən böyük qanunsuz mühacir deportasiyasını təşkil etmək, vergiləri azaltmaq və inflyasiyaya son qoymaq niyyətini tamaşaçılara mükəmməl şəkildə çatdırdı. Bu gecə senator Vens Trampın niyə onu namizəd yoldaşı seçdiyini sübut etdi”, – bəyanatda deyilir.
***
05:52
ABŞ-də vitse-prezidentliyə namizədlər Cey Di Vens və Tim Uolts arasında debat başlayıb.
Müvafiq yayımı CBC News həyata keçirir.
APA