Şənbə günü bu yol bağlanacaq

Tarix:

Bu gün, 14:25

/ 45 dəfə oxundu.

Bakıda daha bir yolda hərəkət tam məhdudlaşdırılacaq.

Bu barədə Avtomobil Yolları üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, 5 oktyabr saat 00:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyov küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin  hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. 



Mənbə