Qətər Hava Yolları Ermənistana bütün uçuşları ləğv edib.
Bu barədə Qətər Hava Yolları məlumat yayıb.
“Regional gərginlik fonunda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə şirkət aşağıdakı istiqamətlərə – Ermənistan, İordaniya, İran, İraq, Livan və Qazaxıstana bütün reyslərini qeyri-müəyyən müddətə təxirə salıb”, – məlumatda deyilib.