Bakıda sərnişin avtobusu qəza törətdi: xəsarət alan var

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

150 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin, 2000-ci il təvəllüdlü Babayev Əli Şahin oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.