“Ana və uşaqlar narkomaniyaya qarşı”adlı layihəsi Şamaxi şəhərində 2 nömrəli tam orta məktəbdə tədbir kecirmişdi

“Dünya” Ana və Uşaqlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ana və uşaqlar narkomaniyaya qarşı” adlı layihəsinin Şirvan şəhərində 2 nömrəli tam orta məktəbdə tədbir kecirmişdi.Tədbiri açıq elan edən Şirvan icra hakimiyyətin nümayəndəsi Rafael Nəsirov salamlayib,gələn qonaqlari təqdim etdi. Rafael Nəsirov DAUİB-yi təşkilatına uğurlar arzuladığını da bildirdi. Rafael Nəsirov gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə zərərli vərdişlərlə mübarizədə sosial fəallığının artırılmasına nail olmaq, gənclərin zərərli vərdişlərdən kənarlaşması istiqamətində mübarizə işinin aparılmasının genişləndirilməsi olduğunu bildirmişdir.Sonra “Dünya” Ana və Uşaqlar” İctimai Birliyi Dünyaxanım Əliyeva “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  tədbirin əsas məqsədi gənclərin “Ana və uşaqlar narkomaniyaya qarşı” adlı layihəsi üzrə qarşıya qoyulan vəzifələr yeniyetmə və gənclər arasında zərərli vərdişlərlə bağlı maarifləndirmə işlərinin aparılması, yeniyetmə və gənclərin narkotik vasitələrə meylliliyinin azaldılması, risk qrupuna daxil olan şəxslərin zərərli vərdişlərdən çəkindirilməsi, yeniyetmə və gəncləri narkomaniyanın sağalmaz xəstəliklərə “ayaq” açması ilə bağlı maarifləndirilməsindən ibarətdir.  Sonra çıxış edən,Şirvan şəhərin 2 nömrəli tam orta məktəbin direktoru Əminə Əliyeva,  bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artıtılmasının vacibliyini bildirib. Layihəyə cəlb olunmuş ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədov Narkotikin,siqaretin insan orqanizimində törətdiyi fəsadları bu zərərli vərdişin gələcəkdə insan bədənində yarada biləcəyi xəstəliklər barədə məlumatlar vermişdi. Layihə iştirakçıları əsasən şagirdlərdən və valideyinlərdən ibarət olub. Tədbirin sonunda “Dünya” Ana və Uşaqlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyə görə və icra numayəndəsinə, məktəbdə tədbirin kecirilməsidə köməkliyə görə təşəkkür etdi.

“Dünya” Ana və Uşaqlar” İctimai Birliyi Dünyaxanım Əliyeva

Dunyaxeber.org Baş Redaktor Dünyaxanım Əliyeva