XİN: Azərbaycan BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumunu pisləyir

 Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Sudanın paytaxtı Xartumdakı səfirinin iqamətgahına hücumu qətiyyətlə pisləyir.

Bu barədə Azərbayan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, diplomatik binalara hücum Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının açıq şəkildə pozulmasıdır və bu, qəbuledilməzdir: “Beynəlxalq hüquqa əsaslanan diplomatik binaların toxunulmazlığının təmin edilməsi son dərəcə vacibdir”.