Ukraynanın müdafiə naziri Rüstəm Umerov dörd müavininin işdən azad edilməsi üçün ərizə verib.
Bu barədə nazir teleqram kanalında məlumat verib.
“Mən müdafiə nazirinin müavinləri – Stanislav Hayderin (nazirin Ofis rəhbəri vəzifəsinə keçir), Aleksandr Sergeyevin, Yuri Ciqirin, Lyudmila Daraqanın (dövlət katibi) işdən azad edilməsi barədə Nazirlər Kabinetinə təqdimat imzaladım”, – məlumatda bildirilib.