Ərzaq probleminin dünya ictimaiyyəti üçün ciddi fəsadları var.
Bunu BMT-nin keçmiş baş katibi Pan Gi Mun Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində panel iştirakçılarına videomüraciətində deyib.
O qeyd edib ki, kifayət qədər maliyyələşmə olarsa, qlobal iqlim problemlərinin həllində daha çox insan iştirak edə bilər.
“Tədqiqat və innovasiyaya düzgün investisiyalarla fermerlər, xüsusən də qadınlar, yerli xalqlar və gənclər bu gün üzləşdiyimiz bir çox problemlərin həllinin bir hissəsi ola bilərlər”, – Pan Gi Mun əlavə edib.