Fələstinin HƏMAS hərəkatının Livandakı qərargah rəhbəri Fəth Şərif Abu əl-Amin İsrail ordusunun ölkənin cənubuna endirdiyi zərbələr nəticəsində həlak olub.
Bu barədə məlumatı hərəkat öz teleqram kanalında açıqlayıb.
İddialara görə, zərbə səhər saatlarında Abu əl-Aminin evinə endirilib. Hadisə zamanı onunla birlikdə evdə olan həyat yoldaşı, oğlu və qızının da həlak olduğu qeyd olunub.