Mahaçqaladakı partlayışda ölənlərin sayı artdı

Tarix:

Bu gün, 15:20

/ 51 dəfə oxundu.

Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışda ölənlərin sayı artıb.

Partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Qeyd edək ki, sentyabrın 27-də axşam saatlarında Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Respublikanın başçısı Sergey Melikov partlayış nəticəsində həlak olanların xatirəsinə bir günlük matəm elan edildiyi açıqlayıb.



Mənbə