Finlandiyada ekoloji qruplar torf hasilatının mənfi təsirlərinə diqqət çəkmək üçün parlament binasının xaricinin bir hissəsini və girişdəki bəzi sütunları qırmızı ilə boyayıblar.
Aksiyaya görə məsuliyyəti öz üzərinə götürən Elokapina” və “Restore Wetlands” (“Bataqlıqları bərpa et”) iqlim qruplarının birgə bəyanatında bildirilir ki, aksiya Finlandiyanın Neova dövlət şirkətinin İsveçdəki torf mədənlərinin mənfi nəticələrinə diqqət çəkmək üçün təşkil edilib.
Etiraz çərçivəsində ekoloqlar Finlandiya parlamentinin binasının xarici hissəsinin bir hissəsini və girişdəki bəzi sütunları qırmızı rəngə boyayaraq torf hasilatına son qoyulmasını tələb ediblər.