Naxçıvanda YENİ İŞSİZLƏR ORDUSU – ETİRAZ VAR…

Bu ilin əvvəlindən bəri Naxçıvanda əmək müqaviləsi olan minlərlə şəxs dövlət və özəl müəssilərdə ixtisara salınaraq, işini itirib. Lakin, müxtəlif yersiz bəhanələrlə həmin işçilərə qanunla nəzərdə tutulmuş işsizlik sığortası ödənmir. Bu haqda „Gündəlik Naxçıvan“a ixtisara salınmış bir qrup şəxs məlumat verib.
Qaz xidmətində çalışmış İlqar Səfərov deyir ki, onlara gətirilən əsas bəhanə adlarına ev, yaxud maşın olmasıdır:
„Bizi başlarından edirlər. Əmək Məcəlləsinə görə, işsizlik sığortası demək olar ki, bütün hallarda ödənməlidir. Yerli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyirlər ki, evin, yaxud maşının varsa, işsizlik sığortası düşmür. Bu cür qanundan kənar bəhanələr gətirmək gülüncüdür.
Artıq bir ilə yaxındır ki, işlədiyim dövlət orqanında ixtisara salınmışam. Mən tək deyiləm, bizim idarədən mənimlə bərabər 40-yaxın işçi də ixtisar olunub. Bizə nə sğorta pulu verir, nə də yeni iş təklif edirlər. Hərəyə də bir qanunsuz bəhanə göstərirlər. Mənə şəxsən rəsmi cavab yazınlar ki, “adına torpaq olduğu üçün sizə işsizlikdən sğorta düşmür”. Təbii ki, bu qanusuz və əsasız cavabdır“.
Babək rayon sakini digər şikayətçi Nadir Baxşəliyev deyir ki, aidiyyəti qurumlara şikayət etsələr də, nəticəsi olmayıb:
“Gəmiqayada 5 il fəhlə işləmişəm. Naxçıvanda hakimiyyət dəyişdəndən sonra 3 ay maaşımızı vermədilər. Sonra da işdən çıxardılar. İşsizlik sığortası üçün hara şikyət etsək də, nəticəsi olmadı. Babək rayon Məşğulluq Mərkəzinə yeni işə düzəlmək və işsizlikdən sğorta almaq üçün müraciət etdim. Deyirlər ki, sənin adına avtomobil və torpaq var, sənə düşmür“.