İdeoloji təxribatlara qarşı xalqımızın birliyi

Prezident İlham Əliyev: “Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır”

Hazırda Ermənistan Cənubi Qafqaz regionunda yenə də təhlükə mənbəyi olaraq qalır. Çünki Ermənistan hər zaman Qərb qüvvələrinin oyuncağı olub. Bu gün də yenə Qərb ölkələri Ermənistana müxtəlif yardımlar edib gücləndirirlər. Ermənistandan istifadə edərək  regionda təxribatlar yaratmaq isrəyirlər. Çox təəssüf ki, Ermənistan bu siyasi oyunlara gedir. Azərbaycan isə sülh prosesini sürətləndirmək üçün həmişə ciddi addımlar atır. Ermənistan verilən təkliflərə cavab vermir. Ona görə də sülh prosesi uzanır. Belə olmasının səbəbi Ermənistana dəstək gösətərən Qərb ölkələridir. Əlbəttə ki, bunun da başında Fransa durur. Fransanın Ermənistanla hərbi əməkdaşlığı region üçün heç də xoş vədlər vermir. Bunun da region üçün mənfi fəsadları olacaq. Ona görə də düşünürük ki, region dövlətləri bu kimi sülh prosesinə mane olacaq hər hansı bir təxribatçı fəaliyyətə qarşı  həmrəylik nümayiş etdirməlidir. Prezident İlham Əliyev 23 sentyabr tarixində VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışda deyib ki, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır: “Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin. Yəni, bu metodologiya kifayət qədər bəsitdir. Ancaq onu da bilməlidirlər ki, biz buna imkan verməyəcəyik. Mən artıq demişəm ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Onu hər kəs bilsin. Sərhədlərin mühafizəsi isə həm vizual, həm infrastruktur, həm texnoloji vasitələrlə təşkil edilir və edilməlidir. Ancaq biz hamımız bilməliyik ki, bu, çox böyük, genişmiqyaslı bir işdir”. Ümumiyyətlə, cənab Prezident parlamentdəki çıxışında Qərb dövlətlərinə öz mesajını verərək bir daha xatırladıb ki, onların hər hansı bir təxribatçı addımlarının heç bir müsbət nəticəsi olmayacaq. Çünki regionda Azərbaycan kimi güclü dövlət var. Azərbaycan öz torpaqlarını əgər 44 günlük Vətən müharibəsində və 1 günlük antiterror tərbirləri zamanı azad edibsə, bundan sonra onu həmişə qorumağa hazırdır. Artıq onların qarşısında 30 il əvvəlki Azərbaycan deyil, güclü, dünyada söz sahibi olan bir Azərbaycan var.

Azərbaycanda hər zaman beynəlxalq tədbirlər olanda Qərb dövlətləri bizə qarşı müxtəlif qarayaxma kampaniyaları, platformalar həyata keçirirlər. Biz bunu Bakı-2015 Avropa Oyunları zamanıda gördük. Bir sıra Qərb dövlətləri  böyük platformalarda birləşərək üstümüzə gəldilər. Bu gündə artıq COP29-la bağlı yenidən aktivləşərək ölkəmizə qarşı yeni ideoloji təxribatlar aparılır. Dövlətimizin başçısnın dediyi kimi, bizə qarşı ideoloji təxribatlar davam edir: “Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir – bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Bizi kim dəstəkləyib, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxır? Bunlar bizə dost ola bilməzlər. İşğal dövründə bu, o qədər də aydın deyildi. Yəni, bizim üçün aydın olsa da, geniş ictimaiyyət üçün aydın deyildi. Çünki vaxtilə xarici təbliğat Azərbaycanda o qədər kök salmışdı, özü də bir mənbədən yox, bir neçə mənbədən. Bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar”. Azərbaycanın özünün milli azərbaycançılıq ideologiyası var. Ulu Öndər Heydər Əliyevin ideyaları, azərbaycançılıq ideologiyası ildən-ilə daha da güclənir. Yeni nəsil məhz bu ideologiya ilə böyüyür. Ona görə də Qərbin ideoloji təxribatlarının Azərbaycanda heç zaman təsir ola bilməz. Azərbaycançılıq idelogiyası ölkəmizdə yükəsək səviyyədə tətbiq edilib. Azərbaycan xalqı, Azərbaycan dövləti öz milli ideologiyasına sadiqdir. Buna görə də Qərb dövlətlərinin aparadığı ideoloji təxribatların da nəticəsi ölkəmizdə sıfra bərabərdir. Çünki bunun qarşısını alacaq xalqın gücü, milli ruhu var. Uzun illər dövlətin milli ideologiyanın təbliği ilə bağlı təşkil etdiyi tədbirlər öz müsbət nəticəsini verib. Azərbaycançılıq ideologiyası bizim ölkəmizdə kök atıb. Bu bizim ana ideologiyamızdır. Belə olan təqdirdə də yad ideologiyalar burada heç vaxt yer ala bilməz. Çünki xalqımız ağı da, qaranı da yaxşı görür. Ümumiyyətlə, tarixən bizdə yad ideologiyalar heç vaxt ayaq açmıyıb, aça da bilməz. Xalq öz dövlətinə, Prezidentində inanır və bunun da nəticəsində artıq Azərbaycanda güclü bir ideologiya formalaşıb.

image-2ee27955-40ef-4ca8-a558-06250abf7fc7

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor