“AĞA MUSA NAĞIYEV-175”

​​​​Sənədli filmi XIX əsrin sonu XX əsrin əvvəlləriı yaşamış Azərbaycanın məşhur sahibkarı və xeyriyyəçisi Ağa Musa Nağıyevin çoxşax fəaliyyətinə həsr edilib.

 Milli tariximizdə özünəməxsus yer tutmuş, sahibkarlığın təməl qoyanlardan olan A.M.Nağıyevin neft sənayesi, bank sektoru və ticarət kimi sahələ inkişafında xidmətləri çox böyük olmuş, xeyriyyəçilik hərəkatının ən tanınmış simalarından 1 kimi məşhurlaşmışdır.

Hələ 1901-ci ildə Bakıda istehsal olunan neftin miqdarı dünya üzrə böyük təəccüb doğurmuş və Bakı dünyanın neft paytaxtına çevrilmişdir. O dövrdə Azərbaycanda”Qara Qızılın” hesabına sərvət sahiblərinə çevrilmələri üçün bir quyunun fontan vurması kifayət edirdi.

Ağır zəhmətdən sonra tale günlərin birində onun üzünə gülür. Sonralar Ağa Musa var dövlətdə bütün milyonçulardan fərqlənib ən zəngini olur. O hətta bəzi yazılarda koloriti ilə XIX -XX əsrin milyonçulardan fərqlənən fiquraya bənzədilib. Ağa Musa savadlı mütəxəssisləri neft işinə cəlb edir, əldə etdiyi gəlirin bir hissəsini bu sahədə çalışan mütəxəssislərin daha da savadlanmasına və qurğuların texniki təmiri üçün ayırırdı.

Bəxt, tale, qismət deyilən anlamlara inanmayanlara bir məsləhətim var – Neft milyonçusu Ağa Musa Nağıyevin həyat tarixçəsinə nəzər salsınlar. Şaxtanın bıçaq kimi sümüyə işlədiyi qış axşamlarının birində dünyaya gəlmiş Ağa Musanın, sonradan başına gələn hadisələrin qarşısını almağa hətta milyonları da çarə edə bilmədi. Bu həmin gün onun alnına yazılmış tale qisməti idi. Nefti vedrə-vedrə satan Musa, sonradan 30 min işçiyə çörək verib, varlanqıdca Balaxanı, Binəqədi, Sabunçu, Ramanı və Suraxanıda yeni neft yataqları salaraq, istehsalı genişləndirir. Qcaraşəhərdə 2 “Neft emalı” zavod tikdirib, Ramanada Təmir emalatxanası yaradıb. Xəzərdə Qara şəhər, Sormovo, Ağa Əli və Yusif Nağıyev gəmiləri peyda oluu, neft məhsulları qorunan anbarları olub. Rusiya dəmir yolunun, Nobel qardaşlarının bəzi müəssisələrinin, dəniz şirkətlərinin səhmləri, xəstəxana korpusları və yaşayış binaları, eləcə də 66 torpaq sahəsi Ağa Musanın adı ilə bağlıdır. O illərdə Ağa Musa Nağıyevin Balaxanı, Ramana və Sabunçu kəndlərindəki neft mədənlərində 45 məhsuldar, həm də texniki baxımından yaxşı təchiz edilmiş quyularında 800-dən artıq fəhlə işləyib. Ağa Musa Nağıyev xalqın:-“Tikmədim özüm qalam, tikdim ki, izim qala” məşhur deyimini sanki şüar götürmüşdir.

A.M.Nağıyev kapitalını ancaq bina tikintisinə deyil, həm də o dövrdə cəhalət girdabında boğulan xalqın maariflənməsi istiqamətinə sərf etmişdir. 98 bina tikdirməklə dünya miqyasında, eləcə də tarixdə birincilik qazanmışdır. Varidatmm ümumi miqdarı 413 milyon qızıl pul məbləğində dəyərləndirilən Ağa Musanın ən ağrılı yerlərindən biri Azərbaycanm səhiyyə sistemindəki problemlər olub. Və O, xəstəxanalar tikdirib. Hər bir ölkənin sərvəti xalqın içindən ərsəyə gəlmiş işgüzar, kiçik və böyük fabrik və zavodları yaradan və idarə edən milli burjuaziyaçılarıdır ki, bu gün də fəxrlə baxdığımız Bakının gözəllik tacı “İSMAİLİYYƏ” binası, mədəni və elm ocaqlarını özündə təcəssüm etdirən yüzlərlə bu tip binaları Ağa Musadan yadigar olaraq qalıb. Ağa Musa Nağıyev Azərbaycan tarixinin canlı bir parçasıdır. Onun etdikləri

dünən də, bu gün də, sabah da tariximizin daş yaddaşmdan boylanacaq..

Filmdə deyilənlərə əsasən, XIX əsrin sonu-XX əsrin əvvəlləri dövrü ilə maraqlanan insanlara

yeni məlumatlar əldə etməsinə fürsət yaradacaq..

Keçmişə hörmətlə yanaşmaq, Azərbaycanın tarixini, onun dəyərli səhifələrini gələcək nəslə ötürmək hər birimizin borcudur. Mən də nəslin davamçısı olaraq, Ağa mUsa Nağıyevin fəaliyyətinə müraciət edib, tarix ü.f.doktoru adına layiq görüldüm, 10 kitab yazıb, 6 sənədli filmin layihə rəhbəriyəm.

20.09. 2024. AMEA-nın Elmi Kitabxanası