Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 40-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin Hesablayıcı komissiyası yaradılıb
Komissiyanın tərkibinə aşağıdakı deputatlar əlavə edilib.
1. Həmzəyev Naqif Ələşrəf oğlu,
2. Hüseynova Sevinc Əmirəhməd qızı,
3. Quliyev Eldar Hamısıahyar oğlu,
4. Məmmədov Soltan Teymur oğlu,
5. Muradov Rövşən Şahbaz oğlu,
6. Salmanova Səbinə Qədir qızı,
7. Zabelin Mixail Yuryeviç.
Məlumata görə, Hesablayıcı Komissiyanın iclası keçirilib. Eldar Quliyev komissiyanın sədri, Mixail Zabelin isə müavini seçilib.
Qeyd edək ki, ötən çağırışdan fərqli olaraq sözügedən komissiyada Naqif Həmzəyev, Soltan Məmmədov, Rövşən Muradov, Səbinə Salmanova təmsil olunur.